Cüdoçularımız Ukraynadan 4 medal qazandı

23:30 11 Oktyabr 2016

Ukraynanın Ujqorod şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq cüdo turniri başa çatıb. Turnirdə məşqçi Məmməd Xudiyevin rəhbərliyi ilə Bakının Nizami rayonundakı 13 saylı idman məktəbinin komandası iştirak edib.

Komandamızın heyətində Fuad Nəbiyev, Yunis Yunisli (hər ikisi 50 kiloqram), Seymur Məmmədov, Xəyal Abdullayev (hər ikisi 55 kiloqram), Elxan Abakarov (56 kiloqram), Akif Əzizov, Qədir İbrahimov (hər ikisi 60 kiloqram), Fazil Eyyubov, Sabir İsmayılov (hər ikisi 66 kiloqram) və Yusif Mehdiyev (73 kiloqram) çıxış ediblər.

Fuad Nəbiyev və Sabir İsmayılov beynəlxalq turnirdə qızıl medallar qazanıblar. Xəyal Abdullayev və Fazil Eyyubov isə bürünc medallara layiq görülüblər.

Oktyabrın 11-də komandamız Azərbaycanın Ukraynadakı səfirliyində diplomatlarla görüşüb. Səfir Azər Xudiyev cüdoçularımızı beynəlxalq turnirdə parlaq çıxışları münasibətilə təbrik edib və onlara idman dövləti hesab olunan Azərbaycanın şərəfli adı naminə yeni qələbələr arzulayıb.

Ukraynada fəaliyyət göstərən və Ujqorod beynəlxalq turnirində komandamızın baş sponsoru olan “Alviroad” Azərbaycan şirkətinin rəhbərliyi gənc idmançılara pul mükafatları verib.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti