"Borussiya"nın yarımmüdafiəçisi Marko Roysun zədəsi sağalıb.
Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu bu gündən etibarən məşqlərə başlayıb. Lakin o, məşqləri müvəqqəti olaraq fərdi qaydada davam etdirir.
Xatırladaq ki, yarımmüdafiəçi son dəfə may ayında forma geyinib. O, zədə səbəbi ilə "Avro-2016"da da iştirak edə bilməmişdi.