"Әla nәticәdi. Komandanı tәbrik edirәm. Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq".
Sportarena.az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qolsuz bərabərlik əldə etdiyimiz matçdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə prezident belә münasibәt bildirib: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq"