Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə “Barselona”nın ulduzu Arda Turan arasında gərginlik davam edir.
Komandanın Avro-2016-ya hazırlaşdığı Antalya təlim-məşq toplanışı zamanı Turanla Terim arasında taktika məsələsi ilə bağlı mübahisə yaşanıb.
Terimin köməkçilərindən olan Bülent Bayraktar Turanı sakitləşdirmək üçün onları barışdıracağını bildirib.
Turan isə cavabında Bayraktara bildirib: "Mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil".