Rumıniya millisinin məşhur hücumçusu Adrian Mutu futbolçu karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu ölkəsinin mətbuatına deyib. Futbolçu açıqlamasında bundan sonra məşqçi kimi çalışacağını deyib.
Qeyd edək ki, A.Mutu "Çelsi", "İnter", "Yuventus, "Fiorentina", "Parma" kimi klublarda oynayıb. Rumıniya millisinin heyətində 77 oyuna çıxan Mutu 35 qol vurub.