Milli komandamızın baş məşqçisi Robert Prosineçki goal.com saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışları barədə danışan xorvatiyalı mütəxəssis bunları deyib:
"Məncə də seçmə mərhələnin sürpriz komandalarından biriyik. Heç kim bizim bu nəticələri əldə edəcəyimizə inanmırdı, lakin biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq. Heyətimizdə çoxlu oyunçular var və özümüzə güvənirik.
Norveçlə matçda aldığımız qalibiyyət və Çexiyadakı heç-heçə bizim üçün önəmli nəticələrdir. Artıq Azərbaycanda bir futbol coşqusu var. İnsanlar bizə inanırlar".
Xatırladaq ki, yığmamız seçmə mərhələdə keçirdiyi 3 oyuna 7 xal toplayıb. Milli komandamız növbəti görüşünü noyabrın 11-i səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək.