Futbol üzrə Azərbaycan yığmasını FİFA-nın növbəti ay üçün açıqlanacaq reytinq siyahısında ciddi irəliləyiş gözləyir.
Sportarena.az xəbər verir ki, bu ay DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Norveç üzərində 1:0 hesablı qələbə qazanan, səfərdə Çexiya ilə qolsuz bərabərliyə razılaşan millimiz bunun bəhrəsini reytinq cədvəlində də görəcək.
Belə ki, ilkin hesablamalara görə, sentyabrda 252 xala malik olan yığmamızın xal ehtiyatı 404-ə yüksələcək. Eyni zamanda komandamızın 133-cü pillədən 85-ci yerə yüksəlməsi gözlənilir.
Qeyd edək ki, FİFA-nın oktyabr üçün reytinq cədvəli bu ayın 20-də açıqlanacaq. /azerisport