"Turan Tovuz" klubunun türkiyəli sabiq baş məşqçisi Naci Şensoy özünə yeni iş yeri tapıb.
Sportarena.az xəbər verir ki, son olaraq Bolqarıstanın "Pirin" klubunda baş məşqçi kimi çalışan N.Şensoy karyerasına Makedoniyada davam edəcək. Belə ki, o, Makedoniyanın "Pelister" klubu ilə razılıq əldə edib. Təcrübəli mütəxəssis Makedoniya klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Naci Şensoy 2002/03, 2004/05 və 2012-ci illərdə Tovuz klubunu çalışdırıb.