Ermənistan milli komandasının baş məşqçisi Varujan Sukiasyan istefa verib.
Sportarena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis uğursuz nəticələrdən sonra postunu tərk edib. Belə ki, onun rəhbərlik etdiyi Ermənistan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi hər üç qarşılaşmada məğlubiyyət acısı yaşayıb.
Qeyd edək ki, Sukiasyan 2015-ci ildən millinin sükanı arxasında idi.