Zlatan İbrahimoviç oğullarını çıxış etdiyi “Mançester Yunayted” klubunun futbol akademiyasına yazdırıb.
Sportarena.az xəbər verir ki, isveçli ulduzun övladları 10 yaşlı Maksı və 8 yaşlı Vinsente futbolun sirrlərini “Qırmızı şeytanlar”ın akademiyasında yiyələnəcək.
Qeyd edək ki, “Mançester Yunayted”in akademiyasında Runinin 6 yaşlı oğlu Kaem Runi də məşq edir.