"Neftçi"nin sabiq futbolçusu vəfat etdi

01:45 15 Oktyabr 2016

"Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin 73 yaşında Moskvada vəfat edib. Klubun rəsmi saytının verdiyi məlumata görə, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş Syomin 1963, 1967-1972-ci illərdə "Neftçi”nin heyərində 94 oyunda meydana çıxıb. O, SSRİ yığmasında 1 oyun keçirib.

"Neftçi” PFK veteran futbolçunun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti