"Herta"nın müdafiəçisi Sebastyan Lanqkamp "Borussiya Dortmund"un futbolçusu Emre Mordan üzr istəyib. Dünən 7-ci turun oyununda komandalar Dortmundda qarşılaşıblar və oyun 1:1 hesabı ilə başa çatıb. Lanqkamp epizodların birində başına zərbə vurulduğunu simulyasiya edib və hakim də Emre Mora birbaşa qırmızı vərəqə göstərib.
"Mən olanlardan təəssüf hissi keçirirəm. Bu qırmızı vərəqə deyildi. Emre Mor buna layıq deyildi" – deyə Kanqkamp "Bild" nəşrinə müsahibəsində qeyd edib.