“Qəbələ” döyüşçülərindən 3 qələbə

11:16 16 Oktyabr 2016

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub. 


Sportarena.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən 3-cü yarış Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) təşkil olunub. 


“Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, “Qəbələ” İdman Klubu və “TT Fight Club”un dəstəyi ilə keçirilən turnirdə 15 döyüş baş tutub. 


Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstan idmançılarının qüvvələrini sınadığı yarışda “Qəbələ”nin 4 təmsilçisi də rinqə çıxıb. 


Onlardan üçü növbəti qələbə qazanıb. 84 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Abbasov iranlı Əli Əhmədvəndlə görüşdə qalib gəlib. 1-ci raundda rəqibini nokauta salan idmançımıza 1 dəqiqə 50 saniyə kifayət edib. 


70 kq çəki dərəcəsində qüvvəsini sınayan Nəriman Abbasov da qələbəni ilk raundda əldə edib. O, iranlı Səccao Məhamədini 1 dəqiqə 45 saniyəyə üstələyib. 


77 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev isə gürcüstanlı Aslan Qorqişvilidən güclü olub. Döyüşçümüz iki raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gəlib. 


Təmsilçilərimiz arasında yeganə məğlubiyyəti 66 kq çəki dərəcəsində çıxış edən Fuad Musayev alıb. O, ölkəmizin digər təmsilçisi Ziyadxan Sadiyevə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti