Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" da növbəti matçına çıxıb.
Qara dəniz təmsilçisi doğma meydanda "Akhisar Bələdiyyəspor"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Ramil Şeydayevin adı görüşün iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi onu meydana buraxmayıb.
Qeyd edək ki, "Trabzonspor" 7 turdan sonra 7 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.