Azərbaycanlı hücumçu Dəniz Yılmaz uzun müddət davam edən zədədən sonra "Busraspor"un heyətində ilk oyununu keçirib. Türkiyə Superliqasının 7-ci turu çərçivəsində oynanılan və 0:0 hesabı ilə başa çatan "Bursaspor" - "Osmanlıspor" qarşılaşmasında forma geyinən Yılmaz 90 dəqiqəni əvəz olunmadan keçirib.
Xatırladaq ki, bu ilin sentyabrın 2-də FIFA-nın Oyunçuların Statusu Komitəsi Dəniz Yılmaza Azərbaycan milli komandasında çıxış etmək icazəsi verib.