Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.