Velosipedçilərimizin uğursuzluğu davam edir

17:34 17 Oktyabr 2016

Velosiped üzrə Azərbaycan yığmasının uğursuz çıxışı davam edir.


Sportarena.az xəbər verir ki, Rio Yay Olimpiya Oyunlarının ardınca növbəti uğursuz nəticə Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yaşanıb. Belə ki, yığmamızın “lideri” Maksim Averin yenə də yarışı yarımçıq tərk edib. Milliləşdirilmiş idmançı 257,5 km məsafəni başa vura bilməyib.


Azərbaycan vətəndaşlığını qəbul edən və hələ də gözlənilən ümidləri doğrultmayan Yelena Pavluxina 40-cı olub.


U-23-lərin yarışına gəlincə, Samir Cəbrayılov 166 km məsafəni 38-ci, İsmayıl 94-cü keçib. Əvəzində, Kənan Qəhrəmanlı və Ənvər Asanov çıxışlarını yarımçıq dayandırıblar.


Digər xəbərlər

Xəbər xətti