"Dinamo" - "Qəbələ" oyununun təyinatları bəlli oldu

01:14 18 Oktyabr 2016

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Moskva, Rusiya) - “Qəbələ” matçının təyinatları açıqlanıb. 


Sportarena.az xəbər verir ki, Rusiyada keçiriləcək cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək. Oktyabrın 19-da baş tutacaq matçın baş hakimi Dumitru Muntyan olacaq. Onun köməkçiləri kimi isə həmyerliləri Vyaçeslav Sivaçyovla Anatoli Basiul təyinat alıblar. Oyunun dördüncü hakimi funksiyasını rusiyalı referi yerinə yetirəcək. Matçın hakim-inspektoru da bu ölkədən olacaq. Hakimlərin işinə Yuri Baskakov qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsi qazaxlstanlı Anuar Bidanova həvalə edilib. 


Xatırladaq ki, Ximkidəki “Rodina” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
Cavab oyunu, 19 oktyabr
19:00. “Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim:
Dumitru Muntyan
Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)
Ximki. “Rodina” stadionu
İlk oyun – 2:0


Digər xəbərlər

Xəbər xətti