"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" qapıçısı Cessi Moulin ilə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, komanda 30 yaşlı qapıçı ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, C.Moulin 2008-ci ildən "Sent-Etyen"də çıxış edir.