“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan hazırlıqlarını başa vurub.
Sportarena.az xəbər verir ki, Saloniki təmsilçisi Bakıya yola düşüb.
Sabah III tur çərçivəsində Ağdam təmsilçisinin qonağı olacaq yunanıstanlılar Bakıya 25 futbolçu ilə gəlirlər. Baş məşqçi Vladimir İviç oyunöncəsi son məşqini bu gün paytaxtımızda keçəcək.