Samuel Eto`o azarkeşlə 100 min avrodan mərcə girdi

13:33 19 Oktyabr 2016

Türkiyə Super Liqasında "Antalyaspor"un işləri heç də yolunda getmir.


Komandanın 7 oyundan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması yerli azarkeşlərin narazılığına səbəb olub.


"Rizəspor"la keçirilən son oyundan sonra isə nəticədən narazı qalan azarkeşlərdən biri dərdini komandanın kapitanı Samuel Eto'o ilə bölüb.


O, fanata mövsümün sonunda ilk 10 komandanın arasına girə biləcəklərini söləyib. Kamerunlu ulduz azarkeşlə mərc də edib. Əgər "Antalyaspor" mövsümü 10-cu pillədən aşağı yerdə başa vursa, bu zaman təcrübəli forvard azarkeşə 100 min avro ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti