"Beşiktaş"ın baş məşqçisi: "Gücümüzü onlara göstərməli idik"

13:33 20 Oktyabr 2016

"Çətin oyun oldu. Qrupun lideri ilə öz meydanlarında oynadıq. Onlara öz gücümüzü göstərməli idik.  Birinci hissədə bəzi səhvlərimiz oldu. İkinci hissədə yaxşı hücumlar etdik".
Bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının qrup mərhələsində "Napoli"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Məğlub olsaydıq, təəssüflənərdik, çünki oyunçularım döyüşdü. Çox qol vuruldu, nəticədə qələbə qazandıq.  Yenə də bu oyunda qalib gəlməyimiz rahat olacağımız demək deyil. Öz meydanımızda "Napoli" və "Benfika" ilə matçlar çətin olacaq. Diqqətli olmaq məcburiyyətindəyik" - deyə o bildirib.
Ş.Günəş penalti epizodları ilə bağlı deyib:
"Penalti epizodlarına görə bir şey deyə bilmərəm. Yaxşı görmədim, amma qərarlın bir qədər sərt olduğunu düşünürəm. Hakim sanki qərarlarını onların lehinə verirdi. Amma biz buna baxmayaraq, topla oynaya bildiyimizi göstərdik".


Digər xəbərlər

Xəbər xətti