“Qəbələ”nin hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib.
Sportarena.az 28 yaşlı fransalı forvardın müsahibəsini təqdim edir:
- Azərbaycandakı karyeranız necə alınır?
- Bu ölkə və onun çempionatı inkişafa edir. Azərbaycan 2-ci Dubay olmaq istəyir. “Qəbələ”yə keçidim riskli olsa da, özünü doğrultdu. Birgə yaşadığımız otel kurortu xatırladır. Azərbaycan dili türk dilinə oxşayır. Klubda çoxlu rus və ukraynalı oyunçular da var, onlar rusca danışırlar.
- Klub ev oyunlarını nə üçün Qəbələdə keçirmir?
- Çünki orda dağlar var (gülür). Bizim stadion kiçikdir. Klubumuzun super infrastrukturu var. Mən bura yeni gələndə çox təəcüblənmişdim. Yaxın gələcəkdə “Qəbələ” böyük kluba çevriləcək.
- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Burada yaxşı komandalar var. “Qəbələ”, “İnter” və “Qarabağ” güclü komandalardır. Onlar Fransa I Liqasında mübarizə apara bilərlər.
- Oyunlara necə motivasiya olursuz?
- Baş məşqçi mənim keyfiyyətlərimi gördü. Sırf hücumçu olmasam da, artıq 10 qol vurmuşam və 3 məhsuldar ötürmə etmişəm. Mayda “Kretey”dən ayrılanda düşünməzdim ki, 4 aydan sonra Avropa Liqasında topa qovacam. Premyer Liqada 7 qolla bombardirlər siyahısına başçılıq edirəm. Hədəfim daha yüksəklərə getməkdir.
- “Sent-Etyenn”ə qarşı oynamayacaqsız…
- Bəli, “İnter”lə oyuna əzələmi dartdım. Bir müddət yaşıl meydanlardan uzaq qalacam. Çox təəssüflənirəm ki, komandama qarşı oynamayacam. “Joffrua Qişar” stadionunun atmosferni yaşamaq istərdim.
- “Qəbələ” sürpriz edə biləcək?
- Əlbəttə, hər şey mümkündür. İnandırıcı olmasa da, mümkündür! Əminəm ki, yaxşı oyun olacaq.
- Hesab təxmininiz necədir?
- Fikrimcə, oyun 1:1 hesablı heç-heçə ilə başa çatacaq.