Məşhur futbolçu Ronaldinyo ölkəmizdə səfərdədir.
Sportarena.az xəbər verir ki, bu gün futbolçunun Bakı Olimpiya Stadionunda mətbuat konfransı təşkil olunub.
- Azərbaycan səndə necə təəssürat yaratdı?
- Mən əvvəllər də Azərbaycan haqqında eşitmişdim. Bilirdim ki, Azərbaycanda çoxlu braziliyalı futbolçular var. Çox xoş təəssüratlar yaratdı ölkəniz.
- Azərbaycana səfərlə bağlı söhbətlər nə zamandı gedirdi?
- Təxminən 1 ay əvvəl “Qəbələ” ilə bu barədə söhbətə başlamışdıq.
- Bir çox ulduz futbolçular belə akademiyalar açırlar. Ronaldinyo da beləbir akademiyanı Azərbaycanda açdı. Siz Azərbaycandakı istedalı uşaqlara nə cür keməklik edə bilərsiniz?
- Əsas məqsədim odur ki, futbolçular inkişaf etsinlər. Onlar gələcəkdə peşəkar futbolçu olsalar, buna çox sevinəcəm. Böyük klublara getməklərindəköməklik göstərəcəm.
- Ronaldinyo tədricən özünü arıtrıb Ronaldinyo olub yoxsa doğulandan elə idi?
- Əlbəttə ki, tanrı mənə güc və bacarıq vermişdi, amma mən çox məşq edirdim və çalışırdım.
- Bu qədər jurnalistin olması sizə İspaniyanı xatırlatdı yoxsa bu normalhaldı?
- Mən deyə bilmərəm ki, hara çox gəlirdilər, amma sizin hamınıza minnətdaramki, mənimləgörüşməyə gəldiz.
- Millimizin DÇ-2018-in seçmə mərhələsinə uğurla başladığını bilirdiz? Gələcəkdə Azərbaycan və Braziliya millilərininyoldaşlıq görüşü keçirməsinə kömək lik edə bilərsiz?
- Bəli eşitmişəm ki, Azərbaycan yığması seçmə mərhələyə uğurla başlayıb. İstəyirəm ki, ölkə ilə daha yaxındna tanış olum. Əlbəttə ki, buna köməklik edərəm. Təki, hər iki komanda razı olsun.
- Sizcə, dünyanın ən güclü futbolçusu kimdir?
- Messi hazırda dünyanın ən güclü futbolçusudur.
- Ölkəmizdə hansısa klubda çıxış edə bilərsiz?
- Karyeramı bitirməmişəm. Son qərarımı dekabrda verəcəm. Ola bilsin ki, dekabrda vida matçı da keçirim.
- Bakıda ev alıb yaşamaq istəyərdiz?
- Mən dünən axşam gəlmişəm. Mətbəxinizi çox bəyəndim. Oteldən isə bura gəlmişəm. Şəhəri gəzməmişəm.
- Azərbaycanlı futbolçulara nə məsləhətlər görərdiz ki, sizin bacardıqlarınızın yarısını edə bilsin?
- Deyə bilərəm ki, futbola və məşqlərə tez başlamalıdırlar. Məşqlərə ciddi yanaşmaq lazımdır. Hazırlığa 1-ci gəlib, sonuncu getmək lazımdır.
- Pele və Maradonanın səviyyəsinə çatmağa sizənə mane oldu?
- Əslində mən onların səviyyəsindəyəm.
- Necə qazanmısız bu qədər azarkeşin sevgisini?
- Bunu bilmirəm. Bəlkə də gözəl futbol oynadığım üçündür.
- “Qəbələ”də oynamaq istəyərdiz?
- Niyə də yox?!
- Futbolda heç vaxt etiraf etmədiyini nəyisə bizimmətbuata söyləyə bilərsiz?
- Mənim həyatım futbol meydançasında olub. Gizli heç nə yoxdu.
- Siz futbol oynamasaydız, xuliqanlıqla məğşğul olardız?
- Braziliyalıların həyatda ən sevdikləri şey futboldur.
- Karyeranızda ən çox nəyə təəssüflənirsiz? Braziliya millisi toparlana biləcək?
- 2006-cı ildə güclü heyətimiz var idi. Yaxşı futbolçularımız var idi. Yəqin ki, düzələr. Karyeramda peşmançılığım yoxdu.
- Futbolu çox sevirsiz yoxsa özünüzü?
- Özümü futbolsuz təsəvvüredə bilmirəm.