“Arsenal”ın türk əsilli alman futbolçusu Mesut Özil karyerasında ilkə imza atıb.
Sportarena.az xəbər verir ki, Almaniya milli komandasının üzvü buna Çempionlar Liqası çərçivəsində Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşmada "het-trik" etməklə nail olub.
Bu da onun karyerasında ilk "het-trik" kimi tarixə düşüb. 28 yaşlı futbolçu həmçinin “topçuların” heyətində 20-ci qolunu vurmuş olub.