Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun qarşılaşmaları sonra cədvəldə bir sıra dəyişikliklər olub. “Qarabağ”ın evdə Yunanıstan PAOK-u üzərindəki qələbəsi Azərbaycanın aktivinə 0,500 xal gətirib.
5 mövsümün nəticələrinə görə hesabını 17,250-yə yüksəldən Azərbaycan 25-ci pilləyə yüksəlib.
Siyahıya İspaniya başçılıq edir – 91,713. Almaniya (71,069) ikinci, İngiltərə (67,248) üçüncü pillədə qərarlaşır.