"Qəbələ"dən 9 qəbələ

00:30 22 Oktyabr 2016

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” futbol akademiyasının komandaları 10 matçda qüvvəsini sınayıb. "Qəbələ"lilər  bu görüşlərin 9-da qalib gəlib, birində heç-heçəylə kifayətlənib. U-17 mövsümdə ilk xal itkisi ilə üzləşib. 3 qələbəsi olan komanda “Zirə” ilə ev oyununda 1 xalla kifayətlənib – 0:0. 4 turdan sonra 10 xala malik “Qəbələ” 2-ci pillədə qərarlaşıb. İlk qələbəsini qazanan U-16 “Ağsu”nu 3 cavabsız qolla keçib. İki oyun keçirən “qırmızı-qaralar”ın aktivində 4 xal var.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-13 ardıcıl 2-ci qələbəsini əldə edib. “Qırmızı-qaralar” “Zirə”ni 2 cavabsız qolla keçib. 4 turdan sonra komandanın 7 xalı var.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klub bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Kürmük”ü 8:0, UGİM Oğuz UGİM-ini 2:1 hesabı ilə məğlub edib. Hər iki klub 3 turdan sonra 9 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM Oğuz UGİM-ini 9:0, “Qəbələ” “Balakən”i 14:0 hesabə ilə üstələyib. Komandalar ilk 3 turda 9 xal toplayıb. U-10 Liqasında “Qəbələ” Yevlax UGİM-ini 10:0, Gİİ “Lokomotiv”i 12:0, UGİM isə “Viktoriya”nı 6:1 hesabı məğlub edib. 3 turdan sonra “Qəbələ” və Gİİ 9, UGİM 6 xala malikdir.


Digər xəbərlər

Xəbər xətti