Türkiyə Super Liqasında 8-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Ufuk Budakın çıxış etdiyi "Kayserispor" səfərdə "Qaziantepsor"un qonağı olub. Matç "Kayserispor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydana əsas heyətdə daxil olan U.Budak 90 dəqiqə mübarizə aparıb.
Bu nəticədən sonra "Kayserispor" 8 xalla 11-ci pillədə qərarlaşıb.