İtaliya millisinin eks baş məşqçisi Marçelo Lippi özünə yeni iş yeri tapıb.
Sportarena.az xəbər verir ki, 68 yaşlı mütəxəsis Çin millisinin sükanı arxasına keçib. Lippi bu ölkədə 3 il iş təcrübəsinə malikdir. O, "Quanqjou Evergrande" klubunu Asiya Çempionlar Liqasının qalibi etmişdi.
Məlumata görə Lippinin maaşı illik 20 milyon avro olacaq.