Milli komandamızın üzvü Ramil Şeydayev bu gün Türkiyə Super Liqasında debüt edə bilər.
Sportarena.az xəbət verir ki, Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu bu günTürkiyə Super Liqasının 8-ci turunda səfərdə "Qalatasaray"ın qonağı olacaq.
Qara Dəniz təmsilçisi bu qarşılaşma üçün İstanbula 23 futbolçu aparıb. 23 nəfərlik heyətdə Şeydayevin də adı var.
Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" matçı sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.