Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, tur çərçivəsində millimizin üzvünün şərəfini qoruduğu "Trabzonspor" "Qalatasaray"ın qonağı olub. Gərgin keçən matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Ramil Şeydayevin adı “18-liy”ə daxil edilib. Ancaq baş məşqçi Ərsun Yanal gənc hücumçuya şans verməyib.