Mövsümün son yarışı

12:37 23 Oktyabr 2016

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib.


Sportarena.az xəbər verir ki, yarışda müxtəlif klub və cəmiyyətlərin 50-dən artıq idmançısı iştirak edib.

 

Qızların mübarizəsində ilk 3 pillədə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri qərarlaşıblar - Viktoriya Sidorenko 1-ci, Ayan Xankişiyeva 2-ci, Elfanə Camalova isə 3-cü yeri tutub.

 

15 yaşadək oğlanların yarışı Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Natiq Maydarov 3-cü olub. 2-ci yerdə isə 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Vəli İbrahimov qərarlaşıb.

 

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin yetirməsi İvan Orlov hamını qabaqlayıb. Adı çəkilən məktəbin digər üzvləri Nicat Bağırov 2-ci, Qadir Mustafayev 3-cü, Osman Qəhrəmanov isə 4-cü olub.

 

Və nəhayət, Gənclər, U-23 və Elit kateqoriyasında fəxri kürsünün ilk 3 pilləsinə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Maksim Naperstkov, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı qalxıblar. Qalib və mükafatçılar qiymətli hədiyyələr və pul mükafatı ilə təltif ediliblər.


Digər xəbərlər

Xəbər xətti