Zaqatalada məşqçilər üçün seminar keçirilib

13:11 24 Oktyabr 2016

Ötən gün Zaqatala İdman Olimpiya Kompleksində məşqçilər üçün seminar keçirilib. 


Sportarena.az xəbər verir ki, seminarda Zaqatala, Mingəçevir, Qax və Balakəndən olan məşqçi müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat verilib. Mütəxəssislər Tərlan Poladov, Musa İsmaylov və Tərlan Həsənov məşqçinin məşq prosesini idarə etməsi, tələbələr, onların valideynləri və həmkarları ilə münasibəti, məşqçinin tələbələrinə nəzarəti -  məktəb dərs gündəliyi, cüdo üzrə gündəliyi, nizam intizam, gigiyena, zədələrə qarşı proflaktikası və qidalanmasına nəzərət qaydalarından danışıblar. Həmçinin, məşqçinin tələbələrini yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət, yarışda öz tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti barədə təlimatlar verilib. Məşqçinin hakimlik bacarığı, öz yarışlarını təşkil etmə və aparma, tələbələri ilə yarışları müşahidə etmə, onları təhlil və müzakirə etmə bacarığı barədə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti