İlham Əliyev: "Biz indi milli komandamızla fəxr edirik"

18:50 24 Oktyabr 2016

Azərbaycan prezidenti İlham Əliyev bu gün ölkəmizdə səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.  .

 

Sportarena.az xəbər verir ki, prezident görüş zamanı milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da qiymət verib.


O, görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda bunları deyib: “Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”.


Digər xəbərlər

Xəbər xətti