Türkiyə Super Liqasında 8-ci turun son oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, işləri yolunda getməyən "Fənərbaxça" səfərdə “Konyaspor”un qonağı olub. Bir qolluq qələbə ilə 3 xal qazanan "Fənərbaxça" 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, ilk pillənin sahibi 20 xalla “Başakşəhər”di. İkinci pillədə olan “Beşiktaş”ın da 20 xalı var. “Qalatasaray” isə 17 xalla üçüncüdür.