"Şalke"dən 19 milyon avroluq transfer

13:14 25 Oktyabr 2016

"Şalke" klubu komandada icarə əsasında çıxış edən "Tottenhem"in futbolçusu Nabil Bentaleblə yeni müqavilə imzalamaq niyyətindədir.


Sportarena.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb. 

"Şalke"nin idman direktoru Kristian Haydel futbolçunun transfer olunma məsələsi üzərində çalışır. Məlumata görə, artıq 21 yaşlı əlcəzairli futbolçu ilə 2021-ci ilədək müqavilənin ilkin razılığı əldə olunub.
"Şalke" futbolçu üçün 19 milyon avro ödəməyə hazır olduğunu bildirib. 


Qeyd edək ki, Bundesliqada 8 oyun keçirən futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti