Zaqatalada cüdo üzrə "Şimal-Qərb bölgəsi" yarışı keçirilir

16:59 25 Oktyabr 2016

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlarda keçirilən yarışlar davam edir.


Sportarena.az xəbər verir ki, “Şimal-Qərb bölgəsi” çempionatına Zaqatala ev sahibliyi edir. Yarışda 2002-2005-ci il təvəllüdlü 214 cüdoçu birincilik uğrunda mübarizə aparır.


Zaqatala Olimpiya İdman kompleksində keçirilən turnirdə Mingəçevir, Zaqatala, Qax və Şəkidən olan idmançılar - 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və 66 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparırlar.


Digər xəbərlər

Xəbər xətti