“Səfərdə oynadığımız oyunlar arasında ən çətin oyun idi. Amma hər şeyə rəğmən istədiyimiz nəticəni əldə etdik. Önəmli olan 3 xal idi. Onu da qazandıq.”
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”yə 2:0 hesabı ilə qalib gələn “Qarabağ”ın futbolçusu Dino Ndlovu jurnalistlərin suallarını cavablandırarkən deyib.
- Çempionatdakı əsas rəqiblərinizdən biri “Qəbələ” bu gün xal itirdi. Bunun oyununza təsiri oldu?
- “Qəbələ”nin xal itirdiyini indi sizdən eşidirəm. Məşqçimiz bizi yalnız oyunumuza kökləyir. Rəqiblərimizin nəticələrindən aslı olmayaraq, çıxıb oynumuzu oynayırıq.
- Son vaxtlar mütəmadi olaraq meydana çıxırsınız. Artıq “Qarabağ”a tam uyğunlaşmısız?
- Mən fürsət tapan kimi özümü göstərməyə çalışıram. Mənim üçün ehtiyatda olmağım və yaxud 11-likdə olmağım fərq etmir. Əsas odurki, özümü göstərə bilim.
- Öz oyununuzdan özünüz razısınız?
- Özüm barədə tək narazı olduğum məsələ qol vura bilməməyimdir. Digər bütün göstəricilərim yaxşıdır.
İlkin İsmayılzadə