Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres vəfat edib.
72 yaşlı futbol mütəxəsisi uzun müddətdir ki, ürək-damar xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Torres 2004-2005-ci illərdə Azərbaycan millisini də çalışdırıb.
O, 1970-ci ildə Meksika mundialında dünya kubokunu başı üzərinə qaldırıb. Həmin vaxtı 25 yaşı olan eks-müdafiəçi turnirin finalında oynamış ən gənc kapitan statusunu saxlayıb.