Bugün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda I divizioun VII turunda keçirilmiş matçlarda qeydə alınmış qayda pozuntuları ilə bağlı komandalara müəyyən cəzalar tətbiq olunub.
I Divizionun VII turunun “Mil-Muğan” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
I Divizionun VII turunun “Energetik” – “Şərurspor” matçında “Energetik” klubunun 4, “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
Oyunun 50-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
Oyunun 60-cı dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Vahid Rostami rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.