Ramil Şeydayev oynadı, komandası növbəti mərhələyə yüksəldi

18:54 26 Oktyabr 2016

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb. 


Sportarena.az xəbər verir ki, komanda səfərdə "Çorum Bələdiyyəspor"la qarşılaşıb.
 

Matça start heyətində oyuna qoşulan Şeydayev 45 dəqiqə mübarizə aparıb. "Trabsonspor"un baş məşqçisi Ərsun Yanal fasilədən sonra hücumçumuzu Mehmet Ekici ilə əvəzləyib.
 

Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə bitdiyindən, qalib komandanı müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın 109-cu dəqiqəsində Okay Yokuşlunun vurduğu qol isə "Trabzonspor"a əzmkar qələbə qazandırıb – 2:1.


Digər xəbərlər

Xəbər xətti