17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün Avstriya komandası ilə qarşılaşacaq.
Rumıniyanın Buftya şəhərindəki FRF Futbol Mərkəzinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Petur Raynert (Farer adaları)
Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)