İngiltərə Futbol Federasiyası Mourinyonu cəzalandıra bilər

21:57 27 Oktyabr 2016

İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonu cəzalandıra bilər.


Sportarena.az xəbər verir ki, bu barədə FA-nın saytında məlumat verilib. 


Məlumata görə, mütəxəssis 17 oktyabrda keçirilən “Liverpul” – “Mançester Yunayted” (0:0) matçından öncə görüşün baş hakimi Antoni Teylor barəsində ittihamlar irəli sürüb. FA-nın qaydalarına əsasən matçdan öncə hakimlər barədə danışmaq onların qərarlarına təsir etmə ehtimalı olduğu üçün qadağandır. 


FA Joze Mourinyoya 31 oktyabradək vaxt verib. Bu müddət ərzində portuqaliyalı mütəxəssis iddialara cavab verməlidi.


Digər xəbərlər

Xəbər xətti