Millimizin baş məşqçisi: "Oyun baxımından rəqiblərdən geri olsa da..."

01:09 28 Oktyabr 2016

“Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək, yaxşı komanda olduğunu  sübut edib".


Sportarena.az xəbər verir ki, bu sözləri U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində  Avstriya ilə keçirilən oyundan (1:3) sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd görüş haqda fikirlərini bildirərkən deyib.


AFFA-nın saytına danışan gənc mütəxəssis  futbolçular əzmkar oyun nümayiş etdirdiyini qeyd edib:
"Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.


Digər xəbərlər

Xəbər xətti