Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Münhenin loqosunun təqdimat mərasimi olub.
Tədbirdə UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge də iştirak edib.
Loqotip özündə Anri Delone kubokunu, həmçinin Bavariya paytaxtı İzara gedən çapar əks olunub.
Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq. Bakının loqosunun təqdimat mərasimi sentyabrın 30-da olub.