I Divizionun VIII turunda "Şəmkir" doğma meydanda MOİK-i qəbul edir.
Sportarena.az-ın stadiona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandanın çempionatda uğurlu çıxış etməsinə baxmayaraq "Şəmkir" azarkeşlərinin bu oyuna marağı elə də böyük deyil. Belə ki, 2 min nəfər azarkeş tutumuna malik olan Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşü cəmi 150-200 azarkeş izləyir.
Qeyd edək ki, hal-hazırda davam edən matçda hesab açılmayıb.
Vüsal Yalçınoğlu, Şəmkir