Bu gün I divizionun VIII turunda "Şəmkir" doğma meydanda MOİK-i qəbul edir.
Sportarena.az-ın əldə etdiyi məlumata görə, "Şəmkir" klubunun rəhbəliyi bu oyunda qalib gələcəyi təqdirdə komandaya böyük mükafat vəd edib. Mükafatın vəd edilmə səbəbi isə komandaların turnir cədvəlinin ilk pillələri uğrunda gərgin mübarizə aparmasıdır. Belə ki, hər iki komandanın aktivində 13 xalı olduğu üçün bu gün sonadək vuruşub qələbə qazanmaq niyyətindədir.
Qeyd edək ki, hal-hazırda davam edən matçda "Şəmkir" 1:0 hesabı ilə qalib gəlir.