"Şəmkir"in prezidenti: "Lisenziya ilə bağlı bütün sənədləri hazırlayıb, onlara verəcəyik" - MÜSAHİBƏ

16:49 28 Oktyabr 2016

Bu gün Azərbaycan çempionatının birinci divizionunun VIII turunda “Şəmkir” doğma meydanda MOİK-ə 1:0 hesabı ilə qalib gəlib.
Matçdan sonra “Şəmkir” klubunun prezidenti Elvin Səfərli sportarena.az saytına müsahibə verib.
 

-    Komandanızın oyunundan razı qaldınız?
-    Komandamız çox yaxşı oynadı. İlk hisəni öz xeyrimizə başa vura bildik. Rəqib də azlıqda qalmışdı. Bu, bizim xeyrimizə idi. Hazırda I divizion o qədər maraqlı olub ki, hər komanda üçün 1 xalın belə böyük dəyəri var. Bizim əsas məqsədimiz Premyer Liqaya yüksəlmək olduğu üçün, hər bir oyun bizim üçün çox vacibdir. 
-    Hazırda divizionun lideri “Turan Tovuz”la aranızda 5 xal fərq var. Komandanız mövsüm sonunadək bu fərqi aradan qaldıra biləcəkmi?
-    Bəli. Bu bir marafondur. Marafonda da həmişə enişli-çıxışlı yollar olur. Biz enişli dövrümüzü yaşamışıq. Hazırda yalnız öz oyunumuzla maraqlanırıq və maksimum xal toplamağa çalışırıq. “Turan Tovuz” məsələsinə gəlincə isə, onlar da öz oyununu oynayıb, xallar toplamağa çalışırlar. İnanıram ki, oyunlarımızı qələbə ilə başa vursaq, aramızdakı xal fərqi tamamilə bağlanacaq. 
-    Bilirsiniz ki, Premyer Liqada çıxış etmək üçün liseynziyanız olmalıdır. Bu barədə işlərə başlamağı planlaşdırırsınızmı?
-    Bəli. Mətbuat katibimiz Elgün müəllim bu məsələ ilə çox ciddi məşğul olur. Ayın 26-sı AFFA-da keçirilən seminarda da iştirak etmişdi. Artıq bu prossesə start vermişik. Yaxın zamanda AFFA-nın bizdən istədiyi bütün sənədləri hazırlayıb, onlara  təqdim edəcəyik. 
-    Komandanızda Premyer Liqada çıxış etmək potensialını görürsünüzmü?
-    Hal-hazırda addım-addım irəliləyirik. Öncə Premyer Liqaya yüksələk, ondan sonra bu barədə fikirləşərik. 
-    Komandanın ilk 3 pillədə qərarlaşacağı təqdirdə, heyətə legioner futbolçuların cəlb olunacağı barədə söz-söhbətlər gəzir...
-    İndi AFFA-nın legionerlərlə bağlı qərarından məlumatımız yoxdur. Bu barədə məlumat toplayıb, komandanın inkişafı üçün lazımi tədbirlər görəcəyik.
Vüsal Yalçınoğlu, Şəmkir


Digər xəbərlər

Xəbər xətti