Bu gün Azərbaycan çempionatının birinci divizionunun VIII turunda “Şəmkir” doğma meydanda MOİK-ə 1:0 hesabı ilə qalib gəlib gəlib.
Matçdan sonra “Şəmkir” klubunun futbolçusu Anar Rzayev sportarena.az saytına matçla bağlı fikirlərini bildirib:
“Çox həyəcanlıyıq. Çətin oyun oldu. 90 dəqiqə var gücümüzlə mübarizə apardıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Qələbə qazanmağımızda azarkeşlərimizin də böyük zəhməti var. Onlar bizə matçın sonunadək dəstək oldular. Bunun üçün onlara dərin təşəkkürümü bildirirəm. İnşallah, ikinci dövədə daha da güclənəcəyik və səhvlərimizi aradan qaldıracağıq”.
Vüsal Yalçınoğlu, Şəmkir