“Milan” futbol klubunda 30 il fəaliyyət göstərən vitse-prezident Adriano Qalliani karyerasını başa vurur.
A.Qalliani sevimli komandasını tərk etməyə hazırlaşır.
Cari ilin noyabrında klubun çinli biznesmenlərə satışı rəsmiləşəcəyindən, həmin vaxt Qalliani də həyatının 30 ilini həsr etdiyi “qırmızı-qaralar”la vidalaşacaq. O, eyni zamanda klubun baş direktoru vəzifəsindən də istefa verəcək.
“Rossonyerlər”in yeni vitse-prezidenti əzəli rəqib olan “İnter”in 52 yaşlı sabiq meneceri Marko Fassone olacaq. Yetmiş iki yaşlı Qalliani isə bundan sonra başqa bir klubda çalışmaq fikrində deyil.